DİLİNİN ALTINA QƏND (ŞƏKƏR) QOYMAQ
DİLİNİN BƏLASINA DÜŞMƏK
OBASTAN VİKİ
Qızılgül altında
"Sub rosa" (azərb. Qızılgül altında‎) — latın dilində məxfiliyi və ya gizliliyi ifadə edən kəlmə. Qızılgülün gizlilik simvolu kimi istifadə olunduğu qədim tarixdən məlumdur. Əfsanəyə görə Erot anası məhəbbət ilahəsi Veneradan alaraq onu Qədim Misir tanrısı Horusa həsr edir ki, aşiqlər öz məhəbbətlərinin sirrini ələ verməsinlər.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Qübbənin altında (teleserial)
Günbəzin altında CBS tərəfindən yayımlanan bir Amerika elmi fantastika və qorxu serialı idi. Bu, Stiven Kinqin 2009 -cu ildə yazdığı “Günbəzin altında” kitabının bir TV versiyasıdır. Serial Mainedəki Chester's Mill qəsəbəsinin dünyanın yerdə qalan hissəsindən əsrarəngiz bir qüvvə tərəfindən ayrılmasından sonra şəhər sakinlərinin həyatlarından və bir -birləri ilə qarşıdurmalarından bəhs edir. Dəhşət, dram və sirrlərlə zəngin olan serialdır. Hadisələr, Mainedəki Chester's Mills adlı kiçik bir şəhərdə gözəl və mükəmməl bir yaz səhərində baş verir. Şəhər birdən görünən naməlum bir qüvvə tərəfindən dağıdılır. Yer yerindən oynayaraq hərəkət edər və bunun nəticəsində yaranmış naməlum bir qalxan bütün qəsəbəni ələ keçirir və heç kim bu qalxanın necə meydana gəldiyini bilmir. Həmçinin də bu qalxanın nə vaxt yox olacağını da heç kəs bilmir. Avtomobillər yox olur, ailələr bir-birindən qaçmağa başlayır, insanlarda həyəcan baş verir, səmada uçan təyyarələrin hissəcikləri yerə düşür və bir çox başqa maraqlı hadisələr baş verir. Bu dəhşətli hadisənin sirrini başa düşmək üçün bir araya gələn İraq döyüşləri veteranı Barbie, şəhərdəki bir neçə vətəndaşı bir araya gətirmək və onlardan bir qrup yaratmaq istəyir və bu qrupa şəhərin yerli qəzetinin sahibi, fiziki terapiya mütəxəssisinin köməkçisi, 1 qadın və 3 könüllü uşaq daxil olur.
İşğal altında: Ağdam
İşğal altında: Ağdam — İşğal altında: Şuşa oyununun davamıdır. Oyun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" tərəfindən yaradılıb. İlk oyun "İşğal atında - Şuşa" bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb. Oyun Qarabağ müharibəsini əks etdirir.Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir.Yeni oyunda kompüter qrafikası təkmilləşdirilmiş, xüsusi effektlərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın,həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulmuşdur.Şəhərin görüntüləri 2 zaman kəsiyində-işğaldan öncə və işğaldan sonra göstərilmişdir. Oktyabr ayının 7-də “Four seasons”mehmanxanasının "Rast" zalında “İşğal altında: Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilmişdir. Oyun optimallaşdırılıb, nisbətən zəif kompüterlərdə də rahat çalışır. Əməliyyat sistemi: Windows XP; Vista; 7 Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək; Operativ yaddaş: 1 GB Ram və daha yüksək; Videokart: NVIDIA GeForce 7600 GT 512 Mb / ATI Radeon X1900 512 Mb və daha yüksək İşğal altında: Şuşa İşğal Altında: Ağdam.
İşğal altında: Şuşa
İşğal altında - "AzDimension" istehsalçıların komandasıyla yaradılmış Azərbaycan kompüter oyunudur. Oyun Qarabağ müharibəsinə həsr edilmiş və ölkənin gənclərinin hərbi-vətənpərvərlik ruhu yüksəltməyə çağırılmış. Oyun döyüş janrında yaradılmışdır və əsas onun hədəfi – Şuşanı işğaldan azad etməkdir. Hadisələr yaxın gələcəkdə Qarabağda baş verir. İkinci Qarabağ Döyüşü başlayır və müharibədə çoxları şəhid və qəhrəman olurlar. Hücum əməliyyatlarının birində düşmən dəstə baş qəhrəmanın dəstəsini pusquya salır və ondan və onun zabitindən başqa hamı ölür. Ancaq onları kəndin axırında Azərbaycan əsgərləri gözləyirlər. Onlara çatmaq üçün düşmənlə mübarizə aparmaq lazımdır. Layihə 2010-cu ildə baş vermişdi. Azərbaycandan tələbə-proqramçıların komandasıyla yaradılırdı.
Qızmar günəş altında
"Qızmar günəş altında" — kinorejissor Lətif Səfərovun filmi. Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. Film Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmışdır. Film ssenari müəllifi Həsən Seyidbəylininn kinoda ilk işidir. Film aktrisa Məleykə Ağazadənin kinoda ilk işidir. Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Rejissor : Rəşid Atamalıbəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Əziz Şeyxov Mahnıların Mətni : Ənvər Əlibəyli Məsləhətçi : Ş. Həsənov (professor ), A. Həşimova (həkim), D. Babayev (həkim) Filmin direktoru : Bəşir Quliyev Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Tofiq Quliyev Rejissor assistenti : Ramiz Əliyev Operator assistenti : Tofiq Sultanov Mahnı İfa edən : Mirzə Babayev, Şövkət Ələkbərova İsmayıl Əfəndiyev-Aydın (Əkbər Fərzəliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nərminə (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ələsgər Ələkbərov-Nadirov (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Gülpəri (Sürəyya Qasımova) (titrlərdə yoxdur) Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.
Azərbaycan dilinin dialektləri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Azərbaycan dilinin statusu
Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiyanın Dağıstan Respublikasının dövlət dilidir, həmçinin sovet dövründən bəri Gürcüstanda azərbaycanlıların təhsil dili olaraq istifadə edilir. Siyahıda dövlətlər və etnik qruplar ayrı şəkildə verilmişdir.
Azərbaycan dilinin şivələri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Türk dilinin gücü
Türk dilinin qrammatikası
Ərəb dilinin akademiyaları
Ərəb dilinin akademiyaları (ərəb. قالب:مجامع اللغة العربية‎) — ərəb dilini tədqiq edən və ərəb ədəbi dili normalarının tənzimləyiciləri rolunu oynayan elmi müəssisələr. Bu akademiyalar aşağıdakılardır: Dəməşqdəki Ərəb Dili Akademiyası (Suriya) — ərəb dilinin ən köhnə akademilarından biridir. 1918-ci ildə qurulub; İordaniya Ərəb Dili Akademiyası — 1924-cü ildə qurulub; İraq Elmlər Akademiyası — 1948-ci ildə qurulub, İraq müharibəsi zamanı 2003-cü ildə dağılıb.; Ərəb Dilinin İsrail Akademiyası (Hayfa, İsrail) — Knessetin qərarı ilə 2007-ci ildə qurulub; Livan Elmlər Akademiyası — 2007-ci ildə qurulub; Qahirədəki Ərəb Dili Akademiyası (Misir) — 1934-cü ildə qurulub; Xartumdakı Ərəb Dili Akademiyası (Sudan) — 1993-cü ildə qurulub; Mərakeş Kral Akademiyası — 1962-ci ildə qurulub; Ərəb Dili üzrə Əlcəzair Ali Şurası — 1996-cı ildə qurulub; Liviya Ərəb Dili Akademiyası — 1994-cü ildə qurulub; "Müdriklik evi" Fondu" (Tunis) — 1983-cü ildə qurulub.
Yapon dilinin romanizasiyası
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
8 № altında (film, 1988)
Açıq səma altında muzey
Açıq səma altında muzey — Muzeydə eksponatlar açıq səma altında nümayiş olunur və qorunur. Açıq səma altında muzeyin təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç. Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. Avropa və Amerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə – 1897, Osloda – 1902, Arnxemdə – 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir.
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
Metalların təzyiq altında emalı
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir. Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir.
Qorxu altında (film, 2017)
"Qorxu altında" — rejissor Namiq Əlioğlunun filmi. Narkomaniyaya mübarizə məqsədilə çəkilmişdir. Filmdə narkotik vasitənin təsirindən mutanta çevrilən və dispanserdən qaçan 3 xəstənin yaşadıqları macəradan bəhs edilir.
Vahid Bayraq Altında (1978)
Azərbaycan dilinin Qarabağ dialekti
Qarabağ dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Gəncə və Qazax dialektləri, həmçinin ayrım ləhçəsi ilə yanaşı Azərbaycan dilinin qərb dialekt qrupuna daxildir. Azərbaycanın Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli və Tərtər rayonlarında və Xankəndi şəhərində geniş yayılmışdır. Qarabağ dialekti Qarabağ ərazisində yaşayan və geniş əraziyə yayılmış müxtəlif türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Əsrlər boyu inkişaf nəticəsində tayfaların linqvistik xüsusiyyətləri bir-birinə qarışmış, bəzi oğuz və qıpçaq elementləri canlı danışıq dilində öz arxaizmini saxlamışdır. Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir. Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə söykənirdi. Azərbaycan dilində Azərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. 2008.
Azərbaycan dilinin izahlı lüğəti
"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilmiş lüğət. Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur. “Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Ə. Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib. Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Ə. Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olmuşdular.
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşdirilməli və nəşr edilməlidir. Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Sovet dövründə bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri kirilcə nəşr olunub. 1975-ci ilin lüğətində 58 min söz olub. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur. 29 illik fasilədən sonra ilk dəfə orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2004 nəşri Müstəqillik dövrünün və müasir latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub.2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyf, meyil, əsil, şeir, feil. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori. Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.